“Omicron” İngiltərədə bu qadağaları geri qaytardı
İngiltərədə koronavirusun "Omicron” ştamı aşkarlandıqdan sonra qapalı yerlərdə maska taxmaq yenidən məcburi edilib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərənin Baş naziri Boris Conson açıqlama verib.
Ölkədə iki nəfərdə "Omicron” ştamı aşkarlanandan sonra Conson mətbuat konfransı təşkil edib.
O bildirib ki, yeni ştam bütün dünyaya yayılıb: "Bu ştamın yayılma sürəti yüksəkdir. "Omicron” peyvəndlərin effektivliyini qismən də olsa, azalda bilir. Alimlərə işlə məşğul olduqlarını öyrənmək üçün vaxt verməliyik. Buna görə də bəzi tədbirlər görməliyik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox