Ermənistanda yeni karantin qaydaları tətbiq olunacaq
Ermənistanda yanvarın 1-dən koronavirusa qarşı peyvənd olunmayanlar üçün yeni məhdudiyyətlər tətbiq olunacaq.
Bunu səhiyyə naziri Anahit Avanesyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, peyvənd olunmayan vətəndaşlar mədəniyyət və ictimai iaşə müəssisələrinə girişdə PCR testinin mənfi nəticəsinə dair sənəd, peyvənd olunanlar isə müvafiq sertifikat təqdim edəcəklər.
Ermənistanda koronavirusa təsdiqlənmiş yoluxma halları 338.120-yə çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox