Bu ölkələrdə yeni ştama yoluxma qeydə alınıb
Koronavirusun yeni "Omicron” ştamı bir sıra Avropa ölkələri də daxil olmaqla, dünyada yayılmağa başlayıb.
Portuqaliyanın səhiyyə qurumları da öz növbəsində ölkədə yeni ştama 13 yoluxma faktının aşkar olunduğunu elan ediblər. Bu ölkədə sözügedən ştama yoluxanların hamısı "Belenenseş” futbol klubunun oyunçuları və personalıdır.
İsveçrə rəhbərliyi isə ölkədə bu ştamla ilk yoluxma faktının olduğunu güman edirlər. Ölkənin tibbi qurumları bu yaxınlarda Cənubi Afrika Respublikasından qayıdan bir şəxsin analizlərini yoxlayırlar.
Həmçinin, İtaliya, Almaniya, Belçika, İsrail və Kanada da "Omicron” ilə yoluxanlar qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox