Türkiyədə güclü fırtına ölümlərə səbəb oldu - VİDEO
Türkiyənin İstanbul şəhərində güclü fırtına olub, bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində dənizdə nəhəng dalğalar yarandı, ağaclar və damlar uçub. Esenyurt və Sultanqazidə küləyin uçurduğu parçalara dəyən iki nəfər ölüb, qəzalarda biri uşaq olmaqla 9 nəfər yaralanıb.
www.anews.az

Yaralanan uşaq anasının sayəsində ölümdən xilas olub. Şahidlərin sözlərinə görə, Esenyurtda binanın damı yolda gedən Elif Şanver və uşağının üzərinə aşıb. Ana damın onların üstünə düşəcəyini anlayıb və uşağını altında gizlədib. Elif Şanver hadisə yerində dünyasını dəyişib. Onun uşağı xəstəxanaya aparılıb.
Fırtınanın nə qədər vaxt davam edəcəyi bilinmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox