"Omikron" ştamının əsas simptomları açıqlandı
Cənubi Afrika Respublikasında (CAR) işləyən həkim Unben Pilley koronavirusun "omikron" ştamı ilə yoluxma zamanı meydana çıxan əsas sipmtomları açıqlayıb.
Bu barədə "Bloomberg” məlumat yayıb.
Unben Pilleyin sözlərinə görə, bu ştama yoluxanlarda xəstəlik hazırda əsasən yüngül formada keçir, amma uzunmüddətli nəticələr çıxarmaq hələ tezdir: "Biz qrip simptomları, quru öskürəyi, qızdırması, gecə tərləməsi və bədən ağrıları olan xəstələr görürük”.
Həkim bildirib ki, göstərilən simptomlar COVID-19-un digər dalğalarının təzahürlərinə oxşardır.
Keyptaun hospitalında yoluxucu xəstəliklər kafedrasının müdiri, professor Mark Mendelso isə "omikron" ştamıyla mübarizə üsullarına aydınlıq gətirib. Onun sözlərinə görə, xəstəlikdən ən yaxşı müdafiə vaksinasiyadır. Amma o, ştamın immun sistemindən yayınacağı, bunun da təkrar yoluxmaların sayını artıracağı barədə ehtimalları da istisna etməyib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox