113 yoluxma aşkarlandı, bu şəhəri tərk etmək qadağan edildi
Son 24 saat ərzində Çində yerli mənşəli 91, xarici mənşəli 22 koronavirusa yoluxma halı aşkar edilib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası açıqlama yayıb.
Yerli mənşəli yoluxma hallarının sayı noyabrın 2-dən bəri ən yüksək səviyyəyə çatıb.
Mancouli sakinlərinə şəhəri tərk etmək qadağan edilib, bəzi ictimai yerlər müvəqqəti bağlanıb.
Koronavirusun dünyaya yayıldığı Çində bu günə qədər 98 min 824 yoluxma aşkar edilib, 4 min 636 nəfər ölüb, 868 xəstənin müalicəsi davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox