Azərbaycanlı ruhani İraq şiələrinin rəhbəri ola bilər
Türkiyədə nəşr olunan "Yeni Akit” qəzeti azərbaycanlı din xadiminin İraq şiələrinin yeni rəhbəri ola biləcəyini yazıb.
Hazırda bu post üçün ən ideal namizəd 72 yaşlı azərbaycanlı Məhəmməd Baqir əl-İrəvani sayılır. Əl-İrəvaninin ailəsi Nəcəf şəhərində tanınmış və nüfuzlu ailələrdən hesab olunur.
Bu ailə İrəvanın 1820-ci ildə ruslar tərəfindən işğalından sonra İraqın Nəcəf şəhərinə köçüb. Əl-İrəvani Azərbaycan və Türkiyə türkcəsində sərbəst danışır və bəzən Nəcəfdə keçirilən dini məclislərdə həmin dillərdə mərsiyə oxuyur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox