• $
  • £

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

Ərdoğan
04.12.2021 12:34
Həm milli, həm də beynəlxalq səviyyədə bütün rəsmi fəaliyyət və yazışmalarda "Türkiye” ifadəsi istifadə ediləcək.
 
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərar imzalayıb.
 
"Türkiyə Respublikası Dövləti minlərlə illik dövlət ənənəsi işığında qədim türk millətinə yaraşan, keyfiyyətli və dəyərli işlər görərək millətimizin mədəniyyət və dəyərlərini qorumağı və ucaltmağı əsas vəzifələrindən biri olaraq qəbul edib.
 
Həm ölkədaxili, həm də ölkəxarici bu anlayışla davam etdirilən işlərdə türk millətinin köklü tarixindən gələn dəyərlərinə böyük qayğı göstərilərək "Türkiye” brendi milli və beynəlxalq məcrada ölkəmizin markası olaraq qəbul edilib.
 
"Türkiye” ibarəsi türk millətinin mədəniyyət, sivilizasiya və dəyərlərini ən yaxşı şəkildə təmsil və ifadə edir. Bu mənada ixrac edilən məhsullarımızda "Made in Turkey” yerinə "Made in Türkiye” ibarəsi istifadə edilməyə başlanaraq ölkəmizin beynəlxalq ticarətdə qüruru olan məhsullarımız "Türkiye” ibarəsi ilə tanıdılıb və təqdim edilib. Bundan sonra da hər sahədə dövlətimizin və millətimizin minlərlə illik sərvətinin "Türkiye” markası altında təmsili hədəflənib.
 
Bu çərçivədə "Türkiye” brendini gücləndirmə işləri mənasında başda digər dövlətlər və beynəlxalq qurum və quruluşlarla rəsmi münasibətlər olmaqla, istənilən fəaliyyət və yazışmalarda "Turkey”, "Turkei”, "Turquie” və s. ibarələri əvəzinə, "Türkiye” ifadəsinin istifadəsi məsələsində lazımi addımlar atılacaq”, - qərarda bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Dünya 20:33
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
Dünya 20:17
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol