• $
  • £

Stadionlarına buraxılacaq azarkeşlərin sayı məhdudlaşdırılır

Stadionlarına buraxılacaq azarkeşlərin sayı məhdudlaşdırılır
04.12.2021 13:35
Almaniya Bundesliqasında mübarizə aparan "Bavariya" Bavariya hökumətinin qərarına əsasən, ilin sonuna qədər matçları tamaşaçısız keçirəcəyini açıqlayıb.

Bu barədə alman klubu açıqlama verib. Bavariya əyalətinin hökumətinin COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün federal səviyyədə görülən tədbirləri sərtləşdirməyə qərar verdiyi və buna uyğun olaraq tamaşaçıların tribunaları buraxılmayacağı bildirilib. Bavariya əyalətində ilin sonuna qədər geniş miqyaslı idman tədbirləri də keçirilməyəcək.

Açıqlamada "Bavariya”nın Çempionlar Liqasında dekabrın 8-də "Allianz Arena”da "Barselona” ilə, dekabrın 11-də və 17-də isə Bundesliqada "Maynts 05” və "Volfsburq”la keçirəcəyi matçlarda tribunaların boş qalacağı qeyd edilib. Bundesliqada mübarizə aparan digər Bavariya əyaləti klublarından "Auqsburq"un verdiyi açıqlamada sabah "Bohum"la oynanılacaq oyunun tamaşaçısız keçiriləcəyi bildirilib.

Ştutqart, Frayburq və Hoffenhaym şəhərlərinin yerləşdiyi Baden-Vürtemberq əyalətində klublar ilin sonuna qədər ev matçlarında maksimum 750 tamaşaçı qəbul edə biləcək. Şimali Reyn-Vestfalayada federal hökumətlə ştatlar arasında əldə olunan razılaşma təkbətək həyata keçiriləcək.

Müvafiq olaraq, idman, mədəniyyət və bu kimi irimiqyaslı tədbirlərə məhdudiyyətlər qoyulacaq. Məkan tutumunun maksimum 50 faizi istifadə ediləcək. Tədbirlərdə iştirak edənlərin sayı qapalı məkanda 5, açıq havada isə 15 min nəfərlə məhdudlaşdırılacaq.

Buna görə də sabah keçiriləcək "Borussiya Dortmund" - "Bavariya" matçına maksimum 15 min azarkeş cəlb olunacaq.

Bremen, Berlin, Aşağı Saksoniya və Hamburq əyalətlərində federal hökumətlə ştatlar arasında qərar gələn həftədən qüvvəyə minəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Dünya 20:33
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
Dünya 20:17
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol