• $
  • £

Rusiya evlərdən yansıyan "bənövşəyi işıq" sirrinin arxasıyca düşdü - FOTO

Rusiya evlərdən yansıyan
04.12.2021 17:08
Rusiyada sayı günü-gündən artan bənövşəyi və çəhrayı işıqlı evlər maraq doğurmağa başlayıb. Bu işıqların paralel kainatdan əks olunduğu, evlərin sirrini öyrənmək üçün mənzillərə xüsusi qrupların yerləşdirildiyi iddia edilir.
 
 Moskva sakini Lyubov Yermolayeva "Sputnik Türkiyə"yə əsrarəngiz işıqlar barədə bu sözləri deyib: "Bir neçə il əvvəl axşam saatlarında küçədə gəzirdim və birdən gördüm ki, demək olar ki, hər mənzilin ən azı bir pəncərəsi çəhrayı-bənövşəyi işıqla parıldayır”. Daha sonra bu marağ onun böyük hobbisi halına çevrilib.
 
Pəncərələrdən yansıyan bu çəhrayı işıqları cazibədar hesab etdiyini deyən Yermolayeva bu işıqların arxasında heç bir müəmmalı vəziyyət olmadığını və yalnız funksional olaraq istifadə olunsa da, şəhərlərdə "çəhrayı işıq ovuna" çıxmağın onun üçün yeni hobbiyə çevrildiyini bildirib. Yermolayeva hətta "Vkontakte" sosial şəbəkəsində "mənzillərdə çəhrayı pəncərələr" (rozoviye okna v domah) adlı qrup yaradıb, gəzinti zamanı rastlaşdığı çəhrayı işıqlı pəncərələrin fotolarını paylaşıb.

Yermolayeva bu işıqların arxasında hər hansı bir müəmma olmadığını desə də, sosial şəbəkələrdə bu mövzu müzakirəyə çevrilib. Bəziləri bu mənzillərdə kiçik kino dəstləri qurulmuş ola biləcəyini desə də, bəziləri içəridə şənlik keçirildiyini ehtimal edir. Bu çəhrayı işıqlar haqqında irəli sürülən ən fərqli nəzəriyyə, onların "paralel kainata açılan qapılardan sızan işığın” olmasıdır. Lakin onlarla insanı narahat edən bu çəhrayı işıqlar şitil yetişdirmək üçün istifadə edilən çəhrayı bitki lampalarıdır.
 
Son illərdə Rusiyada evdə pomidor, şüyüd, cəfəri kimi bitkilər və tərəvəzlər yetişdirənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Amma günəş işığının evlərə cəmi bir neçə saat çatan qış aylarında bu bitkiləri böyütmək və yetişdirmək mümkün deyil. Buna görə də Rusiya şəhərlərinin sakinləri çəhrayı işıq saçan bu xüsusi fitolampalardan evlərində bitki yetişdirmək üçün istifadə etməyə başlayıblar.
 






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Dünya 20:33
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
Dünya 20:17
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol