Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub -YENİLƏNDİ
Hindistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Bipin Ravat Rusiya istehsalı olan Mi-17V5 markalı helikopter qəzasında həlak olub, bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqh bildirib.
Onun sözlərinə görə, Baş qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.
*****
Hindistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Helikopterin göyərtəsində 14 nəfər olub.
Bildirilib ki, onların arasında Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı, köməkçisi, şəxsi mühafizə xidmətindən xüsusi təyinatlılar və ölkə Hərbi Hava Qüvvələrinin hərbçiləri olublar.
Bildirilib ki, qəza yerindən 5 nəfərin meyiti aşkarlanıb, bir neçə nəfər ağır xəsarətlə hospitala yerləşdirilib.
*****
Göyərtəsində Hindistan Müdafiə Nazirliyi Baş Qərargının rəisi Bipin Ravatın da olduğu helikopter qəzaya uğrayıb.
Helikopterin göyərtəsində daha 3 yüksək rütbəli hərbçi olub.
Bildirilib ki, hadisə dekabrın 8-də Hindistanın Tamçiland ştatında baş verib.
Məlumata görə, hadisə yerində 3 yaralı aşkar olunub, 4-cü şəxsin axtarışı davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox