“Putinə görülməmiş nəticələrlə qarşılaşacaqlarını dedim, mesajı aldı” - Bayden
ABŞ Prezidenti Co Bayden Rusiya dövlət başçısı Vladimir Putinin Ukraynanı işğal etməsinin ağır nəticələrinin olacağını, ancaq Ukraynaya əsgər göndərmək məsələsinin hazırda masada olmadığını bildirib.
"Qafqazinfo” xəbər verir ki, bunu Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Putinin məni çox yaxşı başa düşdüyünü düşünürəm. NATO ölkələrindəki hərbi varlığımızı artırmaq lazım gələ bilər. Bundan başqa, Ukraynaya əlavə müdafiə yardımı edə biləcəyimizi də Putinə söylədim”, - ABŞ lideri əlavə edib.
"Digər NATO müttəfiqlərimiz Ukraynaya hərbi dəstək verməyimizin vacibliyi qənaətinə gələrsə, o zaman oraya girərik, ancaq Rusiyanın Ukrayna işğalına ABŞ-ın təktərəfli qarşı çıxacağı fikri hazırda mümkün deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox