Paşinyan daha bir nəfəri vəzifədən göndərdi
Ermənistan Dövlət Nəzarəti Xidmətinin başçısı Tiqran Ulixanyan vəzifəsindən azad edilib.
Onun yerinə ətraf mühit naziri Romanos Petrosyanın təyin ediləcəyi iddia olunur.
Qeyd edək ki, Ulixanyan bu vəzifəni 2021-ci il yanvarın 15-dən tuturdu. Bundan əvvəl o, Korrupsiyaya Qarşı Mübarizə Şurasının nümayəndəsi olub. 2015-ci ildən Ulixanyan hakim "Vətəndaş müqaviləsi” partiyasının üzvüdür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox