• $
  • £

Saakaşviliyə kömək edən məmurlar işdən çıxarıldı

Saakaşviliyə kömək edən məmurlar işdən çıxarıldı
10.12.2021 19:23
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynanı tərk etməsi ilə bağlı keçirilən rəsmi yoxlama nəticəsində ölkənin dövlət sərhəd xidmətinin bir neçə əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo” "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat katibi Andriy Demçenko bildirib.

O qeyd edib ki, Saakaşvili oktyabrın 2-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi Ukraynadan gizli şəkildə Gürcüstana gedib.

Gürcüstan prokurorluğunun məlumatına görə, eks-prezident Ukraynanın Çernomorsk şəhərindən Gürcüstanın Poti limanına gələn bərədə yük konteynerində gizlənərək, Ukraynanın dövlət sərhədini qanunsuz keçib.

Oktyabr ayında sərhəd xidməti Saakaşvilinin ölkədən getməsi faktı ilə bağlı rəsmi yoxlamaya başlayıb, bir neçə məmur istintaq müddətində vəzifəsindən kənarlaşdırılıb.
"Mən istintaqın bütün təfərrüatını açıqlaya bilmərəm, çünki materiallarda məhdud çıxışı olan məlumatlar var, lakin qeyd edirəm ki, onlar müvafiq ibtidai istintaq orqanına göndərilib və bu faktla bağlı cinayət işi açılıb. İntizam məsuliyyətinə cəlb edilib”, - Demçenko "Ukrayna həqiqəti" nəşrinə bildirib.

O, intizam cəzasının nə olduğunu və neçə nəfəri əhatə etdiyini açıqlamayıb.

Qəzetin yazdığına görə, adətən, belə hallarda söhbət töhmətdən, rütbə və ya vəzifənin aşağı salınmasından gedir.
Həmçinin, sərhədçilər işin araşdırılmasına istinad edərək, Saakaşvilinin sərhədi qanunsuz keçmə faktının müəyyən edilib-edilməməsinə cavab verməyiblər.

Qeyd edək ki, Gürcüstanda bir neçə cinayət işi üzrə axtarılan Saakaşvili sentyabrın 29-da qanunsuz olaraq vətəninə qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Hazırda Giorgi Narimanidze, Elquja Tsomaya, Zurab və Şalva Tsotsoria eks-prezidentə ölkəyə qanunsuz daxil olmaqda kömək etməkdə ittiham olunurlar. Onlar istintaq müddətində həbsdədirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Dünya 20:33
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
Dünya 20:17
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol