Bu şəhərdə avtomobilindən imtina edənlərə 900 avro veriləcək
Belçikanın paytaxtı Brüsseldə şəxsi avtomobillərindən imtina edənlərə 900 avroya qədər mükafat veriləcək.
"Qafqazinfo” xəbər verir ki, paytaxt rəhbərliyi dayanıqlı nəqliyyatı dəstəkləmək və şəhərin hava keyfiyyətini yaxşılaşdırmaq üçün yeni təşəbbüslə çıxış edib.
Bu məbləğ vətəndaşların illik gəlirlərindən asılı olaraq 500-900 avro arasında dəyişəcək.
Qeyd edilir ki, istəyə görə sözügedən dəstəkdən elektrikli skuter icarəsi, velosiped alışı üçün xərclənə bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox