ÜST bütün tədbirləri ikiqat artırmağa çağırdı
"Avropa çox ağır, çətin bir epidemiyanın ortasındadır və onun böyük əksəriyyəti "delta” ştamı ilə bağlıdır”.
Harris epidemiyanın mərkəzinin hələ də Avropa olduğunu deyib.
Qeyd edib ki, dünya miqyasında COVID-19-a yoluxmanın 65 faizi Avropadadır.
"Biz çoxdan deyirik ki, ictimai səhiyyə və sosial tədbirləri gücləndirin, peyvəndlərinizi sürətləndirin. Çünki bütün bunlar həm "delta”, həm də "omicron”u dayandıracaq", - o əlavə edib.
Qeyd edək ki, "Worldometer” saytının məlumatına görə, son 24 saat ərzində Rusiyada 1176, Polşada 571, Ukraynada 442 nəfər COVID-19-dan dünyasını dəyişib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox