• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb

“Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb
14.12.2021 13:53
"Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə altı faiz artıb”. 
 
Bunu Türkiyənin ticarət naziri Mehmet Muş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib. 
 
O bildirib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb: 
 
İki dövlət arasında investisiya layihələrinin həcmi də olduqca əhəmiyyətlidir. Azərbaycanla Türkiyə arasında 19,5 milyard dollarlıq investisiya həcmi var. Eləcə də, podratçılıq sahəsində hər iki ölkədə fəaliyyət göstərən şirkətlərimiz çoxsaylı layihələrdə iştirak edirlər”. 
 
Türkiyəli nazir qeyd edib ki, podratçı şirkətlər tərəfindən Azərbaycanda 15,4 milyard dəyərində 455 layihə yerinə yetirilib. Bu şirkətlər ölkə iqtisadiyyatına töhfə verməkdə davam edəcəklər”. 
 
Mehmet Muşun sözlərinə görə, ölkələr arasında dərin və inkişaf etmiş iqtisadi əlaqələr var və Bakı-Tbilisi-Ceyhan neft kəməri, Trans-Anadolu layihəsi bunun konkret nişanlarıdır, xüsusilə də hazırda enerji sahəsində əməkdaşlıq strateji əməkdaşlığa çevrilib: 
 
"Növbəti dövrdə fəaliyyətimiz ölkələr arasında gömrük prosedurlarının asanlaşdırılması və malların heç bir maneə olmadan ünvana çatdırılması istiqamətində olacaq. Bununla bağlı texniki fəaliyyətləri dərhal yekunlaşdırmağı planlaşdırırıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
İqtisadiyyat 11:28
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib
İqtisadiyyat 12:00
Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib
Parlament Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqləyib
İqtisadiyyat 12:43
Parlament Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqləyib
AÇG dəniz blokundan dərin qaz hasilatına gələn il başlanılacaq - Prezdient
İqtisadiyyat 13:48
AÇG dəniz blokundan dərin qaz hasilatına gələn il başlanılacaq - Prezdient
Yüklərin daşınması üçün 3 ölkə birgə razılığa gəliblər
İqtisadiyyat 17:39
Yüklərin daşınması üçün 3 ölkə birgə razılığa gəliblər
Ermənistanla komnukasiya qurmağa hazırıq - Əli Əsədov
İqtisadiyyat 16:37
Ermənistanla komnukasiya qurmağa hazırıq - Əli Əsədov
Prezident açılışda iştirak edib
İqtisadiyyat 13:24
Prezident açılışda iştirak edib
Prezident Fərman imzaladı
İqtisadiyyat 17:02
Prezident Fərman imzaladı
Məhsul həcminə görə Azərbaycan MDB-də ilk üçlükdədir - Deputat
İqtisadiyyat 14:14
Məhsul həcminə görə Azərbaycan MDB-də ilk üçlükdədir - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol