"Ailələrdəki maddi problem məni narahat edir" - DEPUTAT
Ən çox narahat edən məsələ ailə dəyərlərində maliyyə çətinliyinin ön planda olmasıdır, bu təhlükəli məsələdir.
Anews.az xəbər verir ki, bu sözləri Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkil etdiyi "Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil" adlı konfransda çıxışı zamanı deyib.
"Sosial Tədqiqatlar Mərkəzinin keçirtdiyi bu sorğunu yüksək qiymətləndirirəm.Ən radikal müxalifət belə bu cür real sorğu apara bilməzdi. İndiki ailələr 10 il qabaqkı ailələr deyil. Sosial şəbəkələrin və televiziyaların da ailə dəyərlərinə mənfi təsiri çox oldu. Xüsusilə də reytinq xətrinə hazırlanan verilişlər bu mənada mənfi rol oynadı. Bu mənada düşünməliyik ki, klassik ailə modelini qurmaq üçün dəridən-qabıqdan çıxmalıyıq yoxsa zamanın axarına buraxmaq lazımdır?! Hər halda bütün mənalarda yaxşı nümunələri göstərməliyik", - deyə deputat əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az