• $
  • £

“Azərbaycan musiqi inciləri” adlı kitab nəşr olunub

“Azərbaycan musiqi inciləri” adlı kitab nəşr olunub
25.12.2021 22:30
"Azərbaycan musiqi inciləri” – "Music Pearls of Azerbaijan” adlı musiqi (not) kitabı nəşr olunub.

Azərbaycan Diasporuna Dəstək Fondundan  verilən məlumata görə, fondun maliyyə dəstəyi ilə ərsəyə gələn bu kitabın çap olunmasının əsas məqsədi Azərbaycan bəstəkarlarının musiqisini xaricdə tanıtmaq, onları digər ölkə ifaçılarının repertuarına daxil etmək üçün təbliğ etməkdir. Burada piano, nəfəsli alətlər və vokal ifa üçün nəzərdə tutulmuş bir sıra əsərlər yer alıb.

Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov və Aqşın Əlizadə kimi dəyərli Azərbaycan bəstəkarlarının əsərlərini özündə cəmləşdirən bu kitabın maraqlı cəhəti hər əsərdən əvvəl müəllif və onun bəstəsi haqqında, eyni zamanda Azərbaycan musiqi mədəniyyəti və bəstəkarlıq məktəbi haqqında kiçik məlumatın verilməsidir.
Vurğulanacaq digər əsas məqam mətnlərin ingilis dilində tərtib olunmasıdır. Mətn dilinin bu qaydada seçilməsi tanıtım dairələrinin daha da geniş olmasına imkan yaratmış olacaq.

Təqdim olunan layihənin rəhbəri - Türkiyədə yaşayan musiqiçi Vüqar Qurbanov, kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsli, layihənin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur. Kitabın dizaynı Kamran Nəcəfova, əsərlərin kompyüter yığımı Yavər Nemətliyə aiddir.

"Azərbaycan musiqi inciləri” Azərbaycan Diasporuna Dəstək Fondunun vasitəçiliyi ilə dünyanın bir çox ölkələrində fəaliyyət göstərən musiqi təmayüllü təhsil müəssisələrinə və kitabxanalara hədiyyə ediləcəkdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Mədəniyyət 10:24
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Züleyxa Hacıyeva vəfat edib
Mədəniyyət 21:48
Züleyxa Hacıyeva vəfat edib
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mədəniyyət 15:42
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Mədəniyyət 16:00
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Mədəniyyət 14:11
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol