• $
  • €
  • ₽
  • ₺
  • £

Kərim Vəliyev Kəlbəcərdə yerləşən hərbi hissələrdə - Fotolar

Kərim Vəliyev Kəlbəcərdə yerləşən hərbi hissələrdə - Fotolar
30.12.2021 09:14
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.

Bu barədə Anews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib.

Baş Qərargah rəisi Ermənistanla dövlət sərhədində 3400 metrədək hündürlükdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyərək döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.

Hərbi qulluqçularla birlikdə nahar edən Baş Qərargah rəisi onların qayğıları ilə maraqlanıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol