• $
  • €
  • ₽
  • ₺
  • £

“Ölməmişdən 14 dəqiqə öncə zəng etdi ki...” - Qətlə yetirilən gizirin qardaşı

“Ölməmişdən 14 dəqiqə öncə zəng etdi ki...” - Qətlə yetirilən gizirin qardaşı
03.01.2022 16:27
Qətl hadisəsinin təfərrüfatı barədə ətraflı məıumat verilməyib, bunu dünən qətlə yetirilən Gizir Cəlilzadə Amilin atası Fuar Cəlilzadə Modern.az-a açıqlamasında bildirib. 

"Çox ağırdır. Övladımın ani ölümünü qaldıra bilmirəm. Oğlum 1999-cu ildə Siyəzən rayonunda anadan olub. 2017-2019-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdandan bir müddət sonra yenidən müddətdən artıq xidmətə getdi. Vətən müharibəsində də iştirak edib. İşğal olunmuş ərazilərimizin demək olar ki, hamısının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Subay idi, arzuları vardı", - deyə o, əlavə edib. 

Fuar  Cəlilzadə bildirib ki, ölən gün oğlu ilə iki dəfə telefonda danışıb.

"Dünən səhər saatlarında danışmışıq. Yaxşı olduğunu dedi. 3 oğlum var. O biri oğlum Cəlilzadə Məcnun da Vətən müharibəsində iştirak edib. Suqovuşanın və Laçının işğaldan azad olunması uğrunda göstərdiyi qəhrəmanlığa görə təltif olunub. Kiçik oğlum Yusifin 12 yaşı var”, - deyə bildirib.

O deyib ki, oğlunun nəşi bu gün saat 5-6 radələrində rayona gətiriləcək.

"Əgər gec olmasa, bu gün oğlumu şəhid kimi dəfn edəcəyik”, - deyə məlumat verib. 

Mərhum Amilin qardaşı Məcnun Cəlilzadə isə bildirib ki, sonuncu dəfə qardaşı ilə günorta və ölümündən 14 dəqiqə öncə danışıb.

"Zəng elədi ki, anama yasin oxutdur. Ölməmişdən 14 dəqiqə öncə, 17:46-da zəng edib soruşdu ki, oxutdurdun? Həmin gün də günorta saatlarında xalalarımla danışanda deyib ki, "anamı yuxuda görmüşəm. Görürəm ki, saat alıb qəbrinin üstünə getmişəm.

Amil 6 ayın əsgəri olanda anam Cəlilova Sevda vəfat etdi, ili yenicə çıxıb. 18 il Siyəzəndə ibtidai sinif müəllimi kimi çalışıb. Yüksək şəkər xəstəliyindən əziyyət çəkirdi. Ötən il sentyabrın 18-də koronavirusdan rəhmətə gedib”, ”, - deyə Məcnun Cəlilzadə söyləyib. 

M.Cəlilzadə qardaşının kiçik gizir kimi çalışıdığını və bütün əsgərlərinin ondan razılıq etdiyini söyləyib.

"Bütün əsgərləri ondan razı idi. Nə vaxt zəng edirdik, telefonuna əsgərləri cavab verirdi. Onların daim ailələri ilə əlaqə saxlamalarına yardım edirdi. Tərxis olunan əsgərləri zəng edib deyirlər ki, qardaşın bizə komandir yox, qardaş idi. Çox sarsılmışıq, "niyə”, "nə üçün”, biz də bilmirik. Bütün bunların cavabı araşdırmalardan sonra bilinəcək”, - deyə o, vurğulayıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol