Kiyevdə hərbi təyyarə qəzaya uğrayıb. Kimin olduğu bilinmir - FOTO
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib ki, Kiyev vilayətinin Osokorki rayonunda, Sadovaya küçəsi boyunca yerləşən fərdi yaşayış evinin yaxınlığında hərbi təyyarənin parçaları dağılıb.
Qəza yeri paytaxtın mərkəzindən təxminən 15 km aralıdadır. Fövqəladə Hallar Dövlət Xidməti ölən və yaralananlarla bağlı məlumatı dəqiqləşdirir. Təyyarənin kimliyi barədə məlumat yoxdur.
CNN jurnalisti Metyu Şans öz mənbələrinə istinadən Rusiya hərbçiləri tərəfindən vurulan Ukraynaya məxsus Su-27-nin düşdüyünü iddia edir.




Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər