• $
  • £

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovdan XƏBƏR VAR

25.02.2022 11:14
"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib. Onun vəkilləri birinci instansiya məhkəməsinin hökmündən narazı qaldıqlarını bildirib, müvəkkillərinə bəraət verilməsini istəyib, bu barədə İlqar İsmayilovun anası Solmaz İsmayılova bildirib.
 
İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, "İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi "İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. "İDEAL”-ın idarəçiləri 2020-ci ildə "Sabina” Mağazalar Şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib.
 
Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir.
 
Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib. 
 
Ləman Qasımova
 
Mövzu ilə əlaqədar digər xəbərə bu keçiddən daxil ola bilərsiniz - https://anews.az/az/olumun-hebsi-sifarisli-hebsdir-valideynden-etiraz-video/


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Cəmiyyət 00:20
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Tovuza dolu düşüb
Cəmiyyət 23:11
Tovuza dolu düşüb
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Cəmiyyət 21:25
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət 17:14
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb


Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Cəmiyyət 16:39
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol