Rus təxribatçıları Kiyevdədir - TƏCİLİ
Ukrayna Müdafiə Nazirliyi Kiyevin Obolon bölgəsində Rusiyanın təxribat-kəşfiyyat qrupunun fəaliyyət göstərdiyini təsdiqləyib. Bu barədə cümə günü səhər saatlarında hadisə şahidləri məlumat verib və mediaya açıqlama veriblər.
"Vətəndaşlardan texnikanın hərəkəti barədə məlumat vermələrini xahiş edirik. Mülki vətəndaşlar, diqqətli olun! Evdən çıxmayın!", - deyə Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.
İdarə həmçinin vətəndaşlardan düşməni "zərərsizləşdirmək” üçün "Molotov kokteyli” hazırlamağı xahiş edib.
BBC müxbiri Svyatoslav Xomenko bildirir ki, Obolon metro stansiyası ərazisində "davamlı partlayışlar" eşidilir.
Bundan əvvəl sosial şəbəkələrdə Rusiya texnikasının Obolon rayonu boyunca hərəkətini lentə aldığı iddia edilən videolar yayılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər