• $
  • £

Kiyevin cənub-qərbindəki Vasilkov şəhərində döyüşlər gedir

Kiyevin cənub-qərbindəki Vasilkov şəhərində döyüşlər gedir
26.02.2022 07:25
Kiyevin cənub-qərbindəki Vasilkov şəhərinin mərkəzində, Dekabristlər küçəsində döyüşlər gedir. Bu barədə şəhərin meri Natalya Balasyanoviç bir neçə telekanala telefonla məlumat verib.

Şəhərin Dekabristlər küçəsində hərbi hissə, şəhərin yaxınlığında isə aviabaza yerləşir.  Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı da bir neçə saat əvvəl o ərazidə şiddətli döyüşlərin getməsi  barədə məlumat verib.
 
Komandalığın məlumatına görə, Rusiya ordusu quruya enməyə çalışır.
 
"İndi Vasilkovoda şiddətli döyüşlər gedir. Amma eyni zamanda, mən düşmən təyyarəsini desant qüvvəsi ilə məhv edən əsgərlərimizlə  - 40-cı briqada və hava hücumundan müdafiə qüvvələrinin zabitləri ilə fəxr edirəm. Onlar düşmən təyyarəsini məhv ediblər.  Təyyarənin qalıqları doğma kəndimə düşüb”, - deyə  Vasilkov meri bildirib.

"İndi Dekabristlər  küçəsində həqiqətən çox qızğın döyüşlər gedir. Bu, şəhərimizin mərkəzi küçəsidir. Daim raketlərdən atəşə tutulur. Vasilkov sakinləri də hərbiçilərə  qoşulub, döyüşçülərimizə kömək edir, bütün döyüşlərdə iştirak edirlər", - Balasinoviç bildirib.

Mülki əhali sığınacağa düşüb.

Şəhər meri həmçinin itkilərdən danışıb. "İtkilərimiz var. Çoxlu yaralılarımız var. Təəssüf ki, onların sayı iki yüzlərlə ölçülür", - Vasilkova meri əlavə edib.

O, efirdə danışa bilməyəcəyi şad xəbərin olduğunu da deyib. Mer Ukrayna hərbçilərinin rusların hücumunu dəf edəcəyinə, Ukraynanın bütün şəhərlərinin ayağa qalxacağına və tezliklə qələbənin Ukrayna ilə olacağına ümidlidir. 
 
Ləman Qasımova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol