Ukraynada 5 uşaq ölüb, 33-ü yaralanıb
Ukraynda döyüş əməliyyatları başlayandan indiyədək rus silahlılarının açdığı atəş nəticəsində 5 uşaq ölüb, 33 uşaq yaralanıb, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.
Denisovanın sözlərinə görə, gün ərzində Kiyev-Kovel-Yaqodin avtomobil yolunun dağılmış körpüsündən avtomobillərin uçması nəticəsində 8 yaşlı uşaq ölüb.
Bundan başqa, Rusiya qoşunlarının Axtırka şəhərindəki "Solnışko” uşaq bağçasını atəşə tutması nəticəsində 1 uşaq ölüb.
Həmçinin, yeddi yaşlı uşaq güllə yaraları səbəbindən ağır vəziyyətdə Kiyevdəki Milli İxtisaslaşdırılmış Uşaq Oxmatdet Xəstəxanasına çatdırılıb. Uşaq ağır vəziyyətdə reanimasiyadadır.
Eyni zamanda, Donetsk vilayətinin Sartana qəsəbəsinə endirilən aviazərbə zamanı bir uşaq həlak olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər