Fevralın 26-da Ukraynada nə baş verib - QISA İCMAL
Rusiyanın Ukraynaya silahlı hücumunun üçüncü günü dünyanın bütün ölkələrinin gözünü dikdiyi və ciddi narahatlıq doğuran Ukrayna və onun ətrafında baş verənlərin qısa xülasəsi:
- Rusiya və Ukrayna qoşunlarının komandanlığı şənbə günü bir çox istiqamətlərdə lokal döyüşlərin getdiyini, lakin hər iki tərəfdə ciddi irəliləyiş əldə olunmadığını bildirir.
- Kreml əvvəlcə danışıqlar ərəfəsində hücumu dayandırdıqlarını bildirsə də, Ukrayna işğalçı təkliflərə etiraz etdi. Bundan sonra qoşunların irəliləməsi davam etdirildi.
- Xarkov şəhər administrasiyası Rusiyanın hücumunu dəf etdiyini bəyan etdi.
- Bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, Polşa, Çexiya, Estoniya və başqaları Rusiya üçün hava məkanını bağladılar.
- Avropa İttifaqı, ABŞ və Britaniya prezident Vladimir Putinə və onun yaxın çevrəsinə qarşı şəxsi sanksiyalar tətbiq edib.
- Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya ordusuna kömək üçün Milli Qvardiyadan çeçen döyüşçülərini göndərdiyini təsdiqləyib.
- Almaniya üçüncü ölkələr vasitəsilə Ukraynanı tank əleyhinə silahlar və yer-hava raketləri ilə təmin edəcəyinə söz verib.
- Kiyev və Odessa vilayətində yerli vaxtla saat 19:00-da komendant saatı tətbiq olunub. Odessada səhər saat altıya qədər, Ukraynanın paytaxtında - bazar ertəsinəkimi komendant saatı rejimi sürəcək. Kiyev bazar günü şəhər rusların növbəti hücumuna hazırlaşır.
- Kiyev meri Vitali Kliçko vəd edib ki, komendant saatı zamanı (yəni saat 19:00-dan sonra) küçəyə çıxan hər kəs birmənalı Rusiya diversantı sayılacaq.
- Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 120 mindən çox məcburi köçkün ölkəni tərk edib. Qaçqınlar əsasən Polşaya gedirlər.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər