Ruslar Xarkova daxil olub
Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov elan edib ki, "düşmənin yüngül texnikası şəhərə daxil ola bilib”.
Bir qədər əvvəl sosial şəbəkələrdə rus hərbçilərinin kiçik karvanının Xarkov ətrafında hərəkət etdiyi, hətta zirehli texnikanın deyil, avtomobillərin yürüdüyünün yer aldığı videolar yayılıb.
Sinegubov bu avtomobilin şəhərin mərkəzinə yan aldığını yazır və Xarkov sakinlərinini küçəyə çıxmamağa çağırır.
Xarkov Ukraynanın ikinci böyük şəhəridir və Rusiya ilə sərhəddə yerləşir. Müharibə başlayandan bəri bir neçə dəfə bu bölgədə və Xarkov kənarında döyüşlərin getdiyi barədə məlumatlar dərc edilib. Amma indiyə kiimi ruslar bu şəhərə daxil ola bilməmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər