• $
  • £

Rusiyanın ardınca ABŞ nüvə müharibəsinə hazırlaşırmı?

 Rusiyanın ardınca  ABŞ nüvə müharibəsinə hazırlaşırmı?
28.02.2022 09:44
Bayden administrasiyası Putindən fərqli olaraq nüvə qüvvələrinin hazırlığını artırmamaq qərarına gəlib.

Bazar günü Vladimir Putin televiziya kameraları qarşısında mmüdafiə naziri və baş qərargah rəisinə  nüvə çəkindirici qüvvələri "xüsusi döyüş rejimi”nə  ( qanunvericilikdə belə bir rejim nəzərdə tutulmur) keçirmək əmri verməklə çoxlarını təşvişə salıb. 

Amerika administrasiyası bunu təxribat hesab edir və  qəsdən cavab addımları atmamaq niyyətindədir, bunu New York Times-a administrasiyada olan mənbələr bildirib. 

Lakin Putinin bu açıqlamasından sonra  Amerika kəşfiyyatında bir daha Rusiya prezidentinin psixoloji problemlərdən əziyyət çəkməsi qənaəti yaradıb. İndi onun təmkinsizliyindən tez-tez danışılır. 

Harvard  universitetinin professoru, nüvə silahının tətbiqindən çəkindirmə üzrə mütəxəssis Graham Ellison qəzetə müsahibəsində bu barədə danışaraq bildirib ki,  Putin "xüsusi döyüş rejimi”nə keçməyi  "ölkəsinə qarşı aqressiv bəyanatlar”la əlaqələndirib. 

Ellisonun fikrincə, bu nüvə müharibəsi ilə hədələmək üçün yetərli əsaslandırma deyil və bu "Putinin reallıq anlayışının zəifləməsi ilə bağlı narahatlığı artırır”.

Baydenin hazırkı məsləhətçilərinin çoxu  Ellisonun dərsliklərindən təhsil alıb. 

ABŞ Ordusunun Müasir Müharibə İnstitutunun Şəhər Müharibəsinin Tədqiqatları Departamentinin rəhbəri, polkovnik Con Spenser də tvitter hesabında maraqlı paylaşım edib.  "Kiyevi qorumaq lazımdır.  Ukrayna qalib gəlir. Ukrayna uduzmursa demək qalibiyyət çalır. Rusiya ordusunun indi yeganə məqsədi Kiyevi tez bir zamanda mühasirəyə almaq və şəhərə daxil olmaqdır", polkovnik yazıb.

Bunun ardınca Kiyevin müdafiəçiləri şəhəri alınmaz qalaya çevirməli, bütün mümkün yolları bağlamalı və ətrafda düşmən üçün tələlər qurmalıdılar. 

Bu arada Pentaqon da Rusiya-Ukrayna müharibəsinin  gedişatı ilə bağlı gündəlik təhlilini dərc edib. Pentaqon qeyd edir ki, Rusiya ordusu orta əsrlərdən qalmış mühasirə taktikasından istifadə edir.  Bu, şəhər sakinləri üçün yaxşı heç nə vəd etmir. Mühasirə zamanı dinc əhaliyə ciddi ziyan dəyə bilər. 


N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol