Fevralın 28-də gecə Ukraynada nə baş verib? - İCMAL
Fevralın 28-də gecə Ukraynada nə baş verib?
- Səhər tezdən Kiyevdə həyəcan siqnalları işə düşüb. Arabir atəş səsləri eşidilib, amma hələlik şəhərə hücum müşahidə olunmur.
- Ukrayna tərəfinin verdiyi məlumata görə, Sum şəhərində bütün gecə döyüşlər gedib. Ukrayna ordusu şəhərin müdafiəsini təmin edib.
- Rublun dollara nisbətən məzənnəsi 30%, avroya qarşı isə - 40% ucuzlaşıb. Gün ərzində rublun bir daha kəskin ucuzlaşacağı və Rusiyanın valyuta və fond birjalarının çökəcəyi bildirilib. Bu Avropa İttifaqının fevralın 28-dən qüvvəyə minən sanksiyaları ilə bağlı baş verə bilər. Bu sanksiyaların içində Rusiya üçün ən gözlənilməzi Mərkəzi Bankın özünün ehtiyatlarının dondurulmasıdır. Bu vəsaitlərin çoxu dollar, funt sterlinq və avroda saxlanılır.Vəziyyətin belə düzülüşü Mərkəzi Banka rublun məzənnəsini süni saxlamağa imkan verməyəcək.
- Pripyat çayı sahilindən keçən Belarus-Ukrayna sərhədində Rusiya-Ukrayna danışıqları başlamalıdır. Danışıqlar barədə hələlik heç bir məlumat verilmir.
www.anews.az

- Ukrayna və ABŞ hərbçiləri hesab edir ki, Rusiya qoşunlarına bu gün Belarus ordusu da qoşulacaq.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər