• $
  • £

Rusiya rublu ÇÖKDÜ -YENİLƏNİB

Rusiya rublu ÇÖKDÜ -YENİLƏNİB
28.02.2022 11:14
Rusiya Mərkəzi Bankının Direktorlar Şurası fevralın 28-dən  uçot dərəcəsini əvvəlki 9,50%-dən 20%-ə qədər qaldırmaq barədə qərar verib. Bu barədə Reuters agentliyi requlyatora istinadən məlumat verir. 

Bu qərar Mərkəzi Bankın əvvəlcədən nəzərdə tutulmamış iclasında qəbul olunub. Əvvəlcədən analitiklər Qərb ölkələrinin Rusiyaya qarşı fevralın 28-dən tətbiq etdiyi sanksiyalarla əlaqədar belə bir hadisənin ba verə biləcəyini  proqnozlaşdırmışdılar. 

"Rusiya iqtisadiyyatı üçün xarici şərtlər kəskin şəkildə dəyişib. Əsas faiz dərəcəsinin artırılması barədə qərar artan devalvasiya və inflyasiya risklərini kompensasiya etmək məqsədi daşıyır. Bu lazım olan səviyyəyə qədər depozit faizlərinin artırılmasını təmin edəcək, maliyyə və qiymət sabitliyinin, vətəndaşların qorunmasına səbəb olacaq" - Mərkəzi Bank bildirib. 

Mərkəzi Bank xarici və daxili şəraitdən yaranan risklərin və maliyyə bazarlarının onlara reaksiyasının qiymətləndirilməsi, hədəfə nisbətən faktiki və gözlənilən inflyasiya dinamikası nəzərə alınmaqla əsas məzənnə ilə bağlı növbəti qərarlar qəbul edəcəyini də istisna etməyib. 

Rusiya banklarının tənzimləyici kreditlər üzrə borcları da bazar ertəsi 3,77 trilyon rubla kimi artıb. Fevralın 25-da onlar 2,08 trilyon rubl təşkil edirdi. 

Rusiya Maliyyə Nazirliyi ixracatçıları valyuta gəlirlərinin 80%-ni xarici ticarət müqavilələrinin bir hissəsi qismində satmağa məcbur edib. 

Mərkəzi bank həmçinin rublun məzənnəsini qismən yüksək saxlamaq üçün intervensiyalara getdiyini də etiraf edib. 

Bankın etirafına görə, fevralın 24-də yəni intervensiyaların ilk günündə  dövlət ehtiyatlarından 84,8 milyard rubl (942 milyon dollar) ekvivalentində xarici valyuta satılıb.
      
Mərkəzi bank sonuncu dəfə maliyyə sabitliyini qorumaq üçün  2014-cü ildə etmişdi. 

Rusiya rublunun çökməsi Qərbin Rusiyaya maliyyə sanksiyalarını tətbiq etmməsi ilə bağlıdır. Ukraynaya hərbi təcavüzü səbəbindən ABŞ və müttəfiqləri Rusiya banklarının aktivlərinə sanksiyalar qoyub, onları SWIFT ödəniş sistemindən ayırıb , o cümlədən Rusiya  Mərkəzi bankın valyutada olan ehtiyatlarını dondarıblar. 

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın Direktorlar Şurasının iclasından sonra Moskva vaxtı ilə saat 16:00-da bəyanatla çıxış edəcəyi planlaşdırılır. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol