Gürcüstan könüllüləri Ukraynaya yollanır - VİDEO
Gürcüstandan bir qrup könüllü Ukraynaya yola düşüb, bu barədə ölkənin telegram kanallarında videolar yayılıb.
Könüllülər Rusiyanın 24 fevralda başlatdığı hərbi əməliyyatlar çərçivəsində Ukrayna ordusunda döyüşəcək.
Həmin videonu təqdim edirik:
Fevralın 27-də Vladimir Zelenski Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə kömək etmək istəyən xarici dövlətlərin vətəndaşlarına müraciət edib.
"Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib 21-ci əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər", deyə o bildirib.
"Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib 21-ci əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər", deyə o bildirib.
Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş qərara görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnaməyə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək hüququna malikdirlər. Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələri sıralarında da daxil olmaqla könüllü və müqavilə ilə xidmət edə bilərlər.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər