Xarkovda 11 nəfər ölüb - RƏSMİ
Xarkovun raket artilleriyasından atəşə tutulması nəticəsində 11 nəfər həlak olub. Bu barədə Xarkov Şəhər Şurasının mətbuat xidməti məlumat verib.
Şuranın məlumatına görə, şəhər Rusiya hərbçiləri tərəfindən bombalanıb. Rusiya tərəfi isə məsələyə münasibət bildirməyib.
"Mərmilər o qədər kiçik intervalla atılırdı ki, xilasetmə xidmətlərini vaxtında cəlb edə və mərrmi partlayışlarının nəticələrini aradan qaldırmağa imkan tapmırdıq. Şəhərdə indiki saata 11 ölü, onlarla yaralı var. Ölənlərin ailələrinə başsağlığı veririk", - UNİAN Xarkov vilayət administrasiyası rəhbəri Oleq Sinegubovdan sitat gətirir.
Sinequbov həmçinin bildirib ki, fevralın 28-də baş verən kütləvi bombardmandan sonra 15 hərbçi və 16 mülki şəxs olmaqla, 31 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Xarkov xəstəxanalarına yerləşdirilib. Yaralanan mülki şəxslərdən biri ölüb.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər