Rusiya müdafiə nazirliyi Ukraynanın itkilərini açıqladı
Son 24 saat ərzində 110 Ukrayna əsgəri təslim olub, bu barədə Ria Novosti Rusiya Müdafiə Nazirliyinə istinadan bildirib.
Rusiya aviasiyası Ukrayna silahlı qüvvələrinə məxsus 6 zirehli kolonunu məhv edib. 1146 hərbi obyektə, o cümlədən 81 S-300, BUK M-1 və OSA hava hücumundan müdafiə sistemlərinə,həmçinin 75 radar stansiyasına zərbələr endirib.
311 tank və digər zirehli texnika, 42 təyyarə və helikopter,51 reaktiv yayım atəş sistemi, 147 səhra artilleriya qurğusu və minaatan məhv edilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər