• $
  • £

Rusiya hərbi taktisanını dəyişir, Avropa Ukraynaya qırıcı təyyarələr verdi

Rusiya hərbi taktisanını dəyişir, Avropa  Ukraynaya qırıcı təyyarələr verdi
01.03.2022 08:57
Rusiya hərbi taktisanını dəyişir, müharibə şiddətlənə bilər, bunu ABŞ-ın CNA analitik mərkəzinin Rusiya ordusu üzrə eksperti Maykl Kofman Ukraynada baş verən hadisələri təhlil edərək bildirib. 


"Rusiya ordusunun ilkin planları iflasa uğradı, üstəlik, ukraynalılar hərbi əməliyyatlar ətrafında informasiya müharibəsində qalib gəlir, lakin ruslar hələ də öz güclərindən tam istifadə etməyiblər", - Kofman xəbərdarlıq edib.


Amerikalı analitikin fikrincə, əvvəlcə Putin ordusu mobil qrupların sürətli irəliləyişinə, əsas obyektlərin və şəhərlərin ələ keçirilməsinə, az qan tökməklə sürətli uğura arxalanırdı. Amma Ukrayna ordusu bu desant və mobil qruplaro darmadağın etdi. Bu müddət ərzində Ukrayna həmçinin vaxt udaraq ilk beş gündə informasiya müharibəsində də Rusiyaya qalib gələ bildi. 


"Ancaq müharibənin beşinci günü göstərir ki, Rusiya ordusu taktikasını ciddi şəkildə yenidən nəzərdən keçirir, mobil döyüşləri dayandırır, təchizatı artırır və yenidən təşkil olunur. Rusiyanın böyük resursları var və Putin rejimi hələlik  qırıcı təyyarələrdən istifadə etməyib.", - Kofman yazır. 


Bəs bundan sonra nə olacaq?


Bu suala cavab verərkən analitik yazır ki, bundan sonra Rusiyanın daha ço artelleriya atəşindən və aviasiyadan istifadə edəcəyi görünür. 


"Rusiya siyasi rəhbərliyi hələ də planlarının uğursuzluğunu etiraf etmir və Kiyevi sürətlə ələ keçirməyə çalışır. Amma biz görürük ki, onlar getdikcə daha çox atəş zərbələri və aviasiyadan istifadə edirlər. Təəssüf ki, məncə ən pisi hələ qarşıdadır. Bu müharibə daha dəhşətli formaya keçə bilər,” amerikalı analitik yazır.


Bu arada bir sıra Şərqi Avropa ölkələri Rusiyaya qırıcı təyyarələr verib. Bu barədə Ukrayna parlamentinin Tvitter səhifəsində bildirilir. 


Həmin məlumata görə, Avropa ölkələri Ukraynaya 70 qırıcı təyyarə verib. Bunların 28-i Polşanın (MiQ-29), 12-i Slovakiyanın (MiQ-29) və 16 Bolqarıstanın (Su-25s) və s payına düşür. 


N.Təbrizli




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol