Ukraynanın tanınmış futbolçusu Rusiya klubundan ayrılıb
01.03.2022 13:32
Ukraynalı məşqçi Andrey Voronin Rusiyanın "Dinamo" (Moskva) klubunda ayrılıb.
43 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Andrey Voronin 2020-ci ilin oktyabrından məşqçilər korpusunda yer alıb. Keçmiş hücumçu daha əvvəl 2010 - 2014-cü illərdə paytaxt klubunun formasını geyinib.