Ukraynaya Azərbaycandan yardım davam edir
Son 24 saat ərzində Bakıda Ukraynaya humanitar yardım üçün 3,5 tondan çox yük toplanıb, bu barədə martın 1-də Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy "Tvitter" hesabında məlumat verib.
"Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb. Bu yardım tezliklə Ukraynada olacaq. Qardaş Azərbaycan xalqına təşəkkür edirik! Müharibəni birlikdə dayandıracağıq”, - deyə o bildirib.
www.anews.az