Rusiya BMT Təhlükəsizlik Şurası üzvlüyündən getməlidir - BÖYÜK BRİTANİYADAN YENİ TƏŞƏBBÜS
Böyük Britaniya Rusiyaya "maksimum təzyiq” göstərməkdə davam edəcək, çünki Rusiyanın işğalı dünya üçün "ağır nəticələrə” səbəb ola bilər. Bunu Böyük Britaniyanın baş naziri Boris Conson Avropa müttəfiqləri ilə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Polşada keçirilən toplantıda bəyan edib.
Conson Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması məsələsini də gündəmə gətirməyi düşünür.
Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür - BMT-nin təhlükəsizlik məsələləri və sülhməramlı missiyalar üzrə qərarlar qəbul edən əsas orqanıdır. Daimi üzv kimi Rusiya Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoymaq hüququna malikdir.
Böyük Britaniya, ABŞ, Çin və Fransa da daimi üzvlərdir. Təhlükəsizlik Şurasının daha 10 üzvü hər il rotasiya ilə seçilir.
www.anews.az