• $
  • £

80 min azərbaycanlı Xarkovda qalıb? - AÇIQLAMA

80 min azərbaycanlı Xarkovda qalıb? - AÇIQLAMA
01.03.2022 17:58
80 min azərbaycanlı Xarkovda ölümlə üz-üzə qalıb, bu barədə Haqqın.az-ın baş redaktoru, hazırda Ukrayna olan Eynulla Fətullayev özünün feysbuk hesabında paylaşım edib. 
 
'80 min azərbaycanlı barədə təcili tədbir görüb, əhalini çıxarmaq lazımdır. Türkiyə öz vətəndaşlarını çıxarır. Heç olmasa, bizimkilər də evakuasiya etsinlər', deyə o bildirib. 

 Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib ki, jurnalistin azərbaycanlı vətəndaşlarının sayı ilə bağlı məlumatın hardan əldə etdiyi barəsində bilgili deyil, amma diaspor Ukraynada yaranan vəziyyətlə bağlı həm azərbaycanlı vətəndaşları özləri axtarır,həm də müraciət edən vətəndaşların təxliyyəsində yardımçı olur.
 
Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirildi ki, nazirlik yaranmış vəziyyətlə bağlı vətəndaşlara lazım olan tövsüyyələri edir. Azərbaycanın Ukraynadakı səfəriliyi də yerində tam şəkildə fəaliyyət göstərir. Sadəcə yaranmış gərginlə bağlı səfirliyə daxil olan çoxsaylı müraciətlərə görə əlaqə saxlamaqda müyyən problemlər ola bilər. 
 
Azərbaycanın Xarkovdakı konsulluğunun bu gün - 1 mart 13:00- olan məlumatına görə, 500 nəfər azərbaycanlı Xarkovdan Lvov şəhərinə yola salınıb. Onlara Lvovda Ukrayna-Polşa sərhəddini keçmələrinə köməklik göstəriləcək.

Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldovaya 950 nəfər, Polşaya  447 nəfər, Macarıstana 17 nəfər, Rumıniyaya 200 nəfər, Slovakiyaya isə 13 nəfər Azərbaycana gətirilib. 
 
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycanın Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol