Bu gün Rusiya və Ukrayna əsirləri dəyişdirilib, ölən ruslardan xəbər var
Sum vilayətində Rusiya və Ukrayna birinci dəfə əsirlərin dəyişdirilməsi əməliyyatını həyata keçirib. Bu barədə UNİAN Xəbər agentliyi məlumat verib.
Agentliyin verdiyi məlumata görə, mübadilə prosesində 1 Rusiya zabiti beş Ukrayna əsgərinə dəyişdirilib.
Rusiya tərəfi bu məlumatı hələlik təsdiqləməyib. Rusiya Müdafiə Nazirliyi canlı itkiləri barədə də Ukrayna tərəfin xəbərlərini şərh etmir.
Amma Kabardino-Balkariyanın qubernatoru Kazbek Kokov rəhbərlik etdiyi bölgənin 4 sakininin Ukraynada həlak olduğunu bildirib.
Bu barədə regionun rəsmi saytında məlumat yer alıb.
Krasnoyarsk vilayətinin qubernatoru Veniamin Kondratyev də şəxsi teleqram kanalında kapitan Aleksandr Lısenkonun həlak olması xəbərini paylaşıb.
"Aleksandr Lısenkonun ailəsinə dərin hüznlə başsağlığı verirəm. O, Ukraynada keçirilən xüsusi əməliyyatda iştirak edib. Onun arvadı və iki uşağı qalıb", - qubernator yazıb.
Ukrayna 5 minə qədər Rusiya hərbiçisinin həlak olduğunu bildirib. Rusiya tərəfi itkiləri barədə məlumatı hələlik gizlədir.
N.Təbrizli
www.anews.az