Zelenskiyə sui qəsdə gələn "kadırovçular" məhv edilib - RƏSMİ
Ukrayna təhlükəsizlik xidməti Ukraynanın dövlət başçısı Vladimir Zelenskinin həyatına sui-qəsd cəhdinin qarşısını alıb. Bu barədə İndependent nəşri Ukrayna Milli Təslükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Daniloya istinadən xəbər verir.
Aleksey Danilonun sözlərinə görə, Ukrayna prezidentinə sui qəsd xalq içində "kadırovçular" kimi məşhur olan elit çeçen xüsusi xidmət dəstəsi tərəfindən icra olunmalı idi.
Vladimir Zelenski Rusiyanın Ukraynaya hərbi təcavuzu başlayan gü Rusiyanın məhz onu hədəf götürdüyünü bildirib. "Putinə xidmət edən təxribatşı dəstələr artıq Kiyevdədir. Onlar məni və ailəmi məhv etmək istəyirlər" - Zelenski dyib.
"Xüsusi əməliyyat barədə bizim çox yaxşı məlumatımız var. O kadırovçular tərəfindən icra olunmalı idi. Sui qəsdi icra etməli olan dəstə tərəfimizdən zərərsizləşdirilib. İki istiqamətə yönləndirilmiş dəstələrdən biri Qostomeldə, digəri isə atılan açıq atəş zamanı məhv edilib", - Danilo vurğulayıb.
N.Təbrizli
www.anews.az