Rusiya Ukrayna ilə danışıqların ikinci raunduna hazırdır - Peskov
Ukrayna-Rusiya danışıqlarında Rusiyanı təmsil edəcək nümayəndə heyəti bu gün axşam danışıqların keçiriləcəyi məkana yollanmağı planlaşdırır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinə yenə Rusiya prezidentinin köməkçisi Dmitriy Medinskiy rəhbərlik edəcək.
Danışıqların keçirilmə saatına gəlincə isə Peskov bildirdi ki, bu barədə ziddiyyətli informasiya daxil olduğu üçün dəqiq bir şey deyə bilməyəcək.
Bundan qabaq Rusiya xəbər agentlikləri üçüncü gün danışıqların keçirilməsini mümkün olmadığı barədə məlumat yaymışdılar. Buna səbəb Ukrayna tərəfinin öz iştirakını hələlik təsdiq etməməsidir.
Mənbələr eyni zamanda bildirir ki, tərəflərdən heç biri danışıqlardan imtina etməyib və bu həftə ərzində onların baş tutacağı gözlənilir.
N.Təbrizli
www.anews.az