Kiyev dəmir yol vokzalı yaxınlığında partlayış
Kiyev Dəmir yol vokzalının yaxınlığında partlayış baş verib. Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, partlayış İbis otelinin yanında baş verib və Ukrayna tərəfi əmindir ki, səbəb Rusiya Silahlı Qüvvələrinin endirdiyi hava hücumlarıdır. Zərər çəkənlər barədə hələlik məlumat yoxdur.
Dəmir yol vokzalının binası cüzi xəsarət alıb. Dəmir yollarının arasından keçən istiliktrassası dağıdılıb.
Hazırda mülki əhali dəmir yolu ilə evakuasiya edilir. Rusiyanın məhz vokzala hücum etməsini Kliçko mülki əhalini qorxutmaq məqsədi daşıdığını və onların şəhəri tərk etməsinə mane olmaq istəyindən irəli gəldiyini bildirib.
N.Təbrizli
www.anews.az