• $
  • £

Rüstəm İbrahimbəyov dəfn edilib - YENİLƏNİB

Rüstəm İbrahimbəyov dəfn edilib - YENİLƏNİB
16.03.2022 14:18
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.

O, qardaşı mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovun yanında dəfn edilib.

Dəfn mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

*******
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilir.

Dəfn mərasimində mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb. 
 
******
 
Valideyni, atanı itirmək, şübhəsiz, ağırdır, bu fikirləri jurnalistlərə açıqlamasında mərhum yazıçı Rüstəm İbrəhimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.

"Yaxşı ki, atam öz vətənində dəfn olacaq. O, istedadlı yazıçı, gözəl ata idi. Əlbəttə, bu, bizmi üçün gözlənilməz oldu. Ata itkisinin övlad üçün ağırdır. Atam son sözündə dedi ki, dostlarıma salam söyləyərsən”, o bildirib.

Xalq şairi Ramiz Rövşən isə söyləyib ki, Rüstəm İbrahimbəyovun ölümü ağır itkidir.

"Xalqımız çox böyük sənətkarını itirib. Rüstəm İbrahimbəyov bir millət, xalq, hətta dünya üçün əvəz olunmaz şəxsdir. Onun gedişindən sonra böyük bir boşluq görünür. O boşluq hər yerdən sezilir və get-gedə daha sıx görünəcək”,- o bildirib.
 
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev  də Rüstəm İbrahimbəyovla vida mərasimində çıxış edib.

O bildirib ki, İbrahimbəyov çox vaxt Bakıdan uzaqda olsa da, həmişə ürəyi Azərbaycanla döyünürdü.

"O əbədi olaraq Azərbaycan torpağına qayıtdı. Onun əsərlərini yaşatmağa ehtiyac yoxdur. Onlar özü yaşayacaq. Rüstəm İbrahimbəyovun yaratdığı "İbrus" Teatrını yaşatmalıyıq", Rzayev deyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində Azərbaycan mədəniyyətinin böyük şəxsiyyət itirdiyini vurğulayıb.
"O, dünyada yeganə adam olub ki, 6 ölkənin mükafatını alıb. Dünyada ikinci belə adam yoxdur. Bu gün neçə ölkədən məktub gəlib. Rusiyadan da, Ukraynadan da bizə məktublar göndərilib. Onlar bilir ki, dünya necə dəyərli insanı itirib", - Abdullayev bildirib.


 


*******
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

Mərasimdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.

*******
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
 
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
 
Mərhum I Fəxri Xiyabanda dəfn olunacaq. Rüstəm İbrahimbəyov qardaşı mərhum Maqsud İbrahimbəyovun yanında torpağa tapşırılacaq. 
 
Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Moskvada vəfat edib.
 
 
 -------------------
 
Xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür.

Cənazənin nə vaxt gətiriləcəyi, nə vaxt və harada dəfn olunacağı hələlik məlum deyil.

 -------------------
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada vəfat edib, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Rüstəm İbrahimbəyov uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Mədəniyyət 18:06
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Mədəniyyət 10:39
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Mədəniyyət 14:29
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO
Mədəniyyət 14:27
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Mədəniyyət 10:55
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
Mədəniyyət 10:53
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Mədəniyyət 04:16
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Mədəniyyət 11:18
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Mədəniyyət 10:51
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol