• $ 1.7
  • € 1.9019
  • ₽ 0.02129
  • ₺ 0.0438
  • £ 2.2618

Zərdüşt Əlizadə ermənilərlə birgə iki tədbirdə iştirak edəcək

Zərdüşt Əlizadə ermənilərlə birgə iki tədbirdə iştirak edəcək
29.05.2020 00:34
Politoloq Zərdüşt Əlizadə bu günlərdə Ermənistanın Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryanın Fridrix Ebert Fondunun dəstəyi ilə həyata keçirdiyi “Üç ölkənin Qarabağ münaqişəsinin həllinə təsiri” layihəsi çərçivəsində İstanbulda keçirəcəyi tədbirdə iştirak edəcək. Bunu APA-ya açıqlamasında Z. Əlizadə özü bildirib. Z. Əlizadə bildirib ki, Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi rəhbəri Georgi Vanyanın dəstəyi və təşkilatçılığı ilə aparılan “Təkəli prosesi”ndə də fəal iştirak edir. Bu prosesdə Azərbaycandan Müsavat Partiyasının Divan üzvü, professor Niyazi Mehdi, yazar Seymur Baycan, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin Qazax rayonundakı nümayəndəsi Xamis Məmmədov, Yaşıllar Partiyasının sədri Mayıs Güləliyev iştirak edirlər. “Təkəli prosesi”nin mahiyyətində azərbaycanlılar, ermənilər və gürcülərin iştirakı ilə “Sülh bazarı”nın yaradılması durur.  Z. Əlizadə deyib ki, Azərbaycan Konstitusiyada, digər qanunlarda “xalq diplomatiyası” qadağan deyil.  O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin başlandığı 1989-cu ildən “xalq diplomatiyası”nın aktiv iştirakçısıdır, bununla bağlı Rusiya, Ermənistan və Gürcüstanda keçirilən tədbirlərdə iştirak edir. O, iştirak etdiyi bir çox görüşləri sadalayıb və məqalələrinin Georgi İvanyana məxsus saytda, ermənipərəstliyi ilə tanınan “reqnum.ru” saytında yayıldığını bildirib. Dövlət sirrinin daşıyıcısı olmadıqlarını, yalnız ağıllarına güvəndiklərini söyləyən politoloq vurğulayıb ki, “əsas məqsəd Qarabağ ermənilərinin Azərbaycanda yaşaması, münaqişəni dinc yolla həll edilməsi üçün onları dilə tutmaqdır”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putinin köməkçisi Ukrayna nümayəndə heyətinə şərt qoyub
Siyasət 08:45
Putinin köməkçisi Ukrayna nümayəndə heyətinə şərt qoyub
İsrail kəşfiyyatı Bakıda Suriya və Türkiyə ilə danışıqlar aparıb
Siyasət 08:39
İsrail kəşfiyyatı Bakıda Suriya və Türkiyə ilə danışıqlar aparıb
Baş nazir Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:56
Baş nazir Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Prezident Albaniyaya səfərə gedib
Siyasət 18:47
Prezident Albaniyaya səfərə gedib
Sahibə Qafarova Çin səfiri ilə görüşüb
Siyasət 18:08
Sahibə Qafarova Çin səfiri ilə görüşüb
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 13:24
Prezidentdən yeni təyinat - Sərəncam
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu
Siyasət 21:16
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu
Pakistanın Baş naziri Azərbaycana minnətdarlıq edib
Siyasət 20:05
Pakistanın Baş naziri Azərbaycana minnətdarlıq edib
Prezident Tural Piriyevi yenidən sədr seçib - Sərəncam
Siyasət 14:08
Prezident Tural Piriyevi yenidən sədr seçib - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol