"Putin və Şoyqu arasında gərginlik artır" - NYT

Rusiya prezidenti Vladimir Putinlə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında gərginlik Kreml rəhbərinə Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı real itkiləri barədə məlumat verilməməsi səbəbindən artır.
Bu barədə "New York Times” qəzetinə ABŞ kəşfiyyatındakı mənbələr məlumat verib.
İddia edilir ki, Rusiyanın guya qoşunların çıxarılması ilə bağlı bəyanatlarından sonra Çerniqovun bombalanması da "Kremlin mesajlarındakı nizamsızlığa dəlalət edir”.
"Bununla belə, Putinin son məqsədi qeyri-müəyyən olaraq qalır.
Əvvəllər Pentaqon Putinin Ukraynadakı "xüsusi əməliyyata” məsul şəxsi təyin edib-etməməsinə şübhə edirdi, çünki rus qoşunları bir çox sahələrdə özünü çox xaotik aparır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər