Bakıdakı seçki məntəqəsi paytaxtdakı Fransa vətəndaşları üçün açılıb
Bakıdakı seçki məntəqəsi paytaxtdakı Fransa vətəndaşları üçün açılıb.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter hesabında bildirib.
"Səsvermə açıqdır! Bakıda fransız məktəbi”, - səfir Bakı Fransız liseyindən fotolar paylaşalaraq yazıb.
Bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək. Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. "Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.
Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verməli olacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox