Moskvadan İrəvana uçan təyyarə nasazlıq səbəbindən geri qayıdıb
Rusiyanın paytaxtı Moskvadan Ermənistanın paytaxtı İrəvana uçan təyyarə əyləc sisteminin nasazlıq sensoru işə salındıqdan sonra Jukovski hava limanına qayıdıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin "RİA Novosti”yə məlumat verilib.
"WZ4325 (Moskva-İrəvan) reysini yerinə yetirən təyyarə əyləc sisteminin nasazlıq sensorunun işləməsi səbəbindən Jukovski hava limanına qayıdıb. "Sukhoi Superjet" təyyarəsinin uçuş hava limanına qaytarılması qərara alınıb", - mənbə agentliyə bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox