• $
  • £

Türkiyə rus turistlər üçün aviaşirkət yaradacaq

Türkiyə rus turistlər üçün aviaşirkət yaradacaq
11.04.2022 22:59
Türkiyə hakimiyyəti sanksiyalara düşən rus turistləri ölkəyə cəlb etmək üçün üç mərhələli yol xəritəsini təsdiqləyib. Bu barədə ölkənin "Sabah" qəzeti məlumat yayıb.

Xüsusilə, kurortlara çarter reysləri üçün yeni aviaşirkətin yaradılması nəzərdə tutulur.

"Rusiya və Ukrayna arasında münaqişənin kəskinləşməsi Türkiyənin turizm sektorunda problemlərə səbəb olub, çünki hər iki bazar biznes üçün çox vacib idi. Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, həmçinin Xəzinədarlıq və Maliyyə Nazirliyi hazırkı vəziyyətdə Rusiyadan turistlərin cəlb edilməsi üçün üç mərhələli yol xəritəsini, o cümlədən yaxın gələcəkdə yeni aviaşirkətin yaradılmasını təsdiqləyib”, məlumatda bildirilib.

Nəşrin məlumatına görə, aviaşirkət Antalya hava limanında yerləşəcək.
Təyyarələr yalnız Rusiya şəhərləri və Türkiyədəki kurortlar arasında uçuşlar həyata keçirəcək.
 
"Bu aviaşirkət sayəsində əlavə bir milyon rusiyalı turist cəlb etmək mümkün olacaq. Ümumilikdə Türkiyə Rusiyadan ən azı 2 milyon səyahətçi cəlb edə biləcək”, əlavə edilib.

Eyni zamanda yol xəritəsi çərçivəsində hakimiyyət Ukraynada vəziyyətin gərginləşdiyi kontekstdə biznesi dəstəkləmək üçün ANEX Tour, Pegas Touristik və Coral Travel turoperatorlarına 300 milyon dollar məbləğində kreditin verilməsini müzakirə edir. Turizm şirkətləri üçün dəstək paketinin mayın əvvəlində açıqlanması gözlənilir.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
Dünya 16:28
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol