Aİ Ukraynaya silah tədarükünü artıracaq
Aİ ölkələri Ukraynaya silah tədarükünü artıracaq, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Burbok Lüksemburqda keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Avropa İttifaqı, Ukraynanın dostları kimi biz gələcəkdə silah tədarükünü intensivləşdirəcəyik”, o deyib.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell isə bildirib ki, hərbi yardımın artırılması Ukraynanın şərqində hərbi əməliyyatların artması ilə bağlı qorxu ilə bağlıdır.
www.anews.az

Borrelin sözlərinə görə, Aİ Ukraynanın müdafiə qabiliyyətinə diqqət yetirməlidir - bu, indi "Rusiyaya qarşı sanksiyalardan daha vacibdir".
Fevralın 24-dən başlayaraq Rusiya Ukraynada hərbi əməliyyatlar keçirtməyə başlayıb.Müharibə nəticəsində Ukraynanın bir çox şəhərlərində mülki əhali öldürülüb,şəhərə ciddi ziyan dəyib.Rusiyanın bu hücumlarından sonra dünyaca bir çox məhşur şirkətlər və brendlər Rusiyada fəaliyyət göstərməkdən imtina edib.Bununla paralel olaraq Avropa ölkələri və Amerika Rusiyaya sərt sanksiyalar tətbiq edib.(BBC)
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox